İnsanlara hürriyət, millətlərə istiqlal!

Çempionlar Liqası: “Qarabağ” “Ayntraxt”a qarşı - TAM VİDEO

İlk yayın vaxtı: 21:45

Musavat.com xəbər verir ki, “Qarabağ” – “Ayntraxt” matçında ümumilikdə 5 qol vurulub.

Görüşdə “Qarabağ”ın heyətində Kamilo Duran iki dəfə fərqlənib. Qonaqlar 76-cı dəqiqədə Çaibinin penaltidən vurduğu qolla önə keçsələr də, 80-ci dəqiqədə Duran yenidən hesabı bərabərləşdirib.

Matçın 90+3-cü dəqiqəsində isə Bəhlul Mustafazadə dəqiq zərbə ilə “Qarabağ”ı hesabda önə çıxarıb – 3:2.

 

***

Musavat.com xəbər verir ki, “Qarabağ” – “Ayntraxt” oyununda komandamız hesabda yenidən önə keçib.

Oyunun 90+3-cü dəqiqəsində Bəhlul Mustafazadə mükəmməl zərbə ilə fərqlənib və hesabı 3:2 edib. Bununla da “Qarabağ” Bakıda keçirilən oyunda qələbə qazanıb.  

***

Musavat.com xəbər verir ki, “Qarabağ” – “Ayntraxt” matçında son dəqiqələrdə ardıcıl daha iki qol vurulub.

Matçın 76-cı dəqiqəsində qonaqların heyətində Çaibi penaltini qola çevirərək “Ayntraxt”ı hesabda önə çıxarıb – 1:2.

Bundan cəmi dörd dəqiqə sonra, 80-ci dəqiqədə “Qarabağ”ın futbolçusu Kamilo Duran dubla imza atıb və hesabı bərabərləşdirib – 2:2.

***

Musavat.com xəbər verir ki, UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turu çərçivəsində keçirilən “Qarabağ” – “Ayntraxt” qarşılaşmasında artıq iki qol qeydə alınıb.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan oyunda hesab erkən açılıb. Matçın 4-cü dəqiqəsində Kamilo Duran dəqiq zərbə ilə fərqlənərək “Qarabağ”ı hesabda önə çıxarıb.

Qonaq komanda isə qısa müddət sonra cavab qolunu vurub. Oyunun 11-ci dəqiqəsində Can Uzun fərqlənərək hesabı bərabərləşdirib – 1:1.

***

Musavat.com xəbər verir ki, UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turu çərçivəsində keçirilən “Qarabağ” – “Ayntraxt” oyunu start götürüb.

Qarşılaşma Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir. Görüşü isveçrəli FIFA referisi Sandro Şerer idarə edir.

Stadionda gərgin və coşqulu atmosfer hökm sürür. Azarkeşlər komandalarını fasiləsiz şəkildə dəstəkləyir. 

 ***

"Qarabağ": 99. Mateuş Koxalski, 2. Mateus Silva, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 8. Marko Yankoviç, 35. Pedro Bikalyo, 9. Joni Montiel, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 17. Kamillo Duran

"Ayntraxt": 40. Kaua Santos, 3. Artur Teate, 4. Robin Koç (k), 21. Nataniel Braun, 15. Ellies Şkiri, 7. Ansqar Knauff, 13. Rasmus Kristensen, 16. Huqo Larsson, 20. Ritsu Doan, 34. Nnamdi Kollins, 42. Can Uzun

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR