İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan keçmişin səhifələrini qapatdı: "Böhranlı idarəetmədən dinc dövrə keçirik"

Ermənistan hökumətinin yeni fəaliyyət proqramında "Qarabağ hərəkatı" ideologiyası və məntiqi yer almayıb.

Musavat.com xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan hökumətin növbəti iclasında bəyan edib.

"Ermənistanın orta və yaşlı nəslinin demək olar ki, bütün siyasi xadimləri, eləcə də gənc nəslin böyük bir hissəsi 'Qarabağ hərəkatı' ideologiyası ilə bağlı olub. Bu, hakimiyyət nümayəndələrinə də aid idi. Lakin ötən illər ərzində hökumət uzun illər qapalı qalan səhifələri yenidən oxumaq qərarına gəldi. Bu tarixin yenidən dərk edilməsi sülh gündəliyinin və 'Real Ermənistan' konsepsiyasının formalaşmasına gətirib çıxardı", – deyə Paşinyan vurğulayıb.

Ermənistan baş nazirinin sözlərinə görə, bu strateji mesaj birbaşa ölkə ictimaiyyətindən gəlib. O, həmçinin əlavə edib ki, sülh gündəliyi şəraitində hökumət böhran idarəçiliyindən normal, gündəlik idarəetmə rejiminə keçəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2026

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR