İnsanlara hürriyət, millətlərə istiqlal!

Tatarıstan rəhbərinin 3 milyard rublluq gizli təyyarəsi üzə çıxdı

Tatarıstan rəhbəri Rüstəm Minnixanovun rəsmi əmlak siyahısında görünməyən milyardlarla rublluq şəxsi təyyarədən istifadə etdiyi iddia olunur.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Korrupsiya ilə Mübarizə Fondunun (FBK) araşdırmaçıları Minnixanovun dəyəri təxminən 3 milyard rubl olan “Falcon 8X” biznes-jeti ilə mütəmadi uçduğunu müəyyən etdiklərini bildiriblər. Rəsmi sənədlərdə belə bir əmlakın məmura məxsus olduğu göstərilmir.

Araşdırmaçılar təyyarəni RA-09606 bort nömrəsi vasitəsilə müəyyənləşdiriblər. Bu nömrə “Luçano” hotel şirkətinin əməkdaşları ilə ailənin şəxsi köməkçisi Marat Şakirov arasındakı yazışmalarda aşkar edilib. Bildirilir ki, hər uçuşdan əvvəl Tatarıstan rəhbəri üçün hazırlanmış menyu razılaşdırılmaq məqsədilə köməkçiyə göndərilib.

FBK-nın məlumatına görə, yazışmalarda göstərilən uçuş tarixləri Minnixanovun Çin, Amur vilayəti və Moskvaya real işgüzar səfərlərinin tarixləri ilə üst-üstə düşür.

Minnixanov üçün təyyarədə hazırlanan menyuda qızılbalıq, ribay steyki, qabırğada at əti, pasta, bir neçə növ şorba və müxtəlif qəlyanaltıların olduğu bildirilir.

Araşdırmada həmçinin şəxsi köməkçinin onun üçün SPA prosedurları, manikür və vitaminlərin venadaxili qəbulunu təşkil etdiyi iddia edilir. Aşkarlanan sənədlərdən birinə əsasən, təkcə bu xidmətlərə təxminən 484 min rubl xərclənib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2026

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR