İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada yeni mənzilləri alan yoxdur, 12 il maaş yığmalısan – tikinti şirkətləri batır

Rusiyada tikinti şirkətləri yeni tikilən binalardakı mənzillərin demək olar ki, yarısını sata bilməyib.

Musavat.com xəbər verir ki, statistik məlumatlara əsasən, 2026-cı ildə istifadəyə verilməsi nəzərdə tutulan yaşayış binalarında sahələrin cəmi 55 faizi satılıb. Bu, 2020-ci ildən bəri qeydə alınan ən aşağı göstəricidir.

Mənzil bazarında tələbin azalması kütləvi güzəştli ipoteka proqramının ləğvindən və ailələr üçün nəzərdə tutulan ipoteka proqramının şərtlərinin sərtləşdirilməsindən sonra daha da nəzərə çarpıb.

Nəticədə tikinti şirkətlərinin sata bilmədiyi yeni mənzillərin həcmi artmaqda davam edir.

Statistik məlumatlara görə, Rusiyada vətəndaş bütün əməkhaqqını xərcləmədən yığsa belə, yeni tikilidən mənzil almaq üçün 12 ilədək vaxt tələb oluna bilər. Ölkənin ən böyük regionlarında bu müddət 5,9 ildən 12,2 ilədək dəyişir.

Mənzil almaq üçün ən qısa müddətdə pul toplamaq isə Nenets Muxtar Dairəsində mümkündür. Burada bütün əməkhaqqını yığmaq şərti ilə mənzil üçün tələb olunan məbləği 3 ildən bir qədər artıq müddətdə toplamaq mümkündür.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR