İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml Kiyevi günahlandırdı: Sülh danışıqlarında optimizm üçün heç bir əsas yoxdur

Kiyevin tutduğu mövqe səbəbindən hazırda Ukrayna münaqişəsinin dinc yolla tənzimlənməsi istiqamətində optimizm üçün heç bir əsas yoxdur.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

Kreml nümayəndəsi brifinq zamanı bir sıra digər mühüm məsələlərə də toxunub.

O qeyd edib ki, ABŞ nümayəndələri Stiven Uitkoff və Cared Kuşnerin Rusiyaya gözlənilən səfərinin dəqiq tarixləri hələ ki müəyyənləşdirilməyib.

Peskov vurğulayıb ki, Rusiya Ukrayna böhranının tənzimlənməsinə səmimi şəkildə töhfə vermək istəyən bütün ölkələrin səylərini yüksək qiymətləndirir, lakin təəssüf ki, belə dövlətlərin sayı çox azdır.

Bundan əlavə, mətbuat katibi Rusiya Prezidenti Vladimir Putinin amerikalı repçi Kanaye Uestlə görüşəcəyi barədə yayılan şayiələri qətiyyətlə təkzib edib. "Aman günüdür, bu ümumiyyətlə bizim mövzumuz deyil", – deyə Peskov jurnalistlərin sualını cavablandırarkən əlavə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2026

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR