İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin Tayvan yaxınlığında böyük hərbi dəniz təlimi keçirəcək

Çin Ordusunun Şərq Zonası Döyüş Komandanlığı 30 dekabrda beş dəniz ərazisində və Tayvan yaxınlığındakı hava məkanında canlı atəş təlimləri də daxil olmaqla genişmiqyaslı hərbi təlimlər keçirəcək.

Musavat.com xəbər verir ki, məölumatı Sinxua xəbər agentliyi yayıb. Bildirişə görə, Komandanlıq Tayvan boğazı, Şərqi Çin dənizi, Cənubi Çin dənizi və Filippin dənizində yerləşən beş təlim zonasının dəqiq koordinatlarını dərc edib.

Təhlükəsizliyi təmin etmək üçün bütün icazəsiz gəmilərə və təyyarələrə döyüş atəşi təlimləri zamanı göstərilən sulara və hava məkanına girməkdən çəkinmək tövsiyə olunur.

Çin Ordusu təlimlərin ölkənin təhlükəsizliyini gücləndirmək məqsədi daşıdığını elan edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR