İnsanlara hürriyət, millətlərə istiqlal!

Demokratlar Trampa qarşı ittihamlar hazırlayır – noyabrda seçkiləri udsalar...

Bu ilin noyabr ayında ABŞ-də keçiriləcək konqres seçkilərinin demokratların qələbəsi ilə nəticələnəcəyi gözlənilir.

Musavat.com xəbər verir ki, ABŞ mediası seçkilərin nəticələrinin Donald Trampa qarşı bir sıra araşdırmalara səbəb ola biləcəyini yazır.

Bildirilir ki, artıq Demokrat partiyası daxilində bu araşdırmaların istiqamətləri müəyyən edilir. Prezidentə qarşı xarici biznes də daxil olmaqla, böyük biznes əlaqələrindən tutmuş hazırkı Ağ Ev administrasiyasının kadr siyasətinə qədər çoxsaylı iddialar irəli sürülə bilər.

İndilikdə Trampın şəxsi azadlığı ilə bağlı narahat olmasına səbəb yoxdur, o, prezident olduğu müddətdə hüquqi təqiblərdən azaddır. Lakin araşdırmalar Ağ Evin işinə mane ola bilər.

Konqres seçkiləri ilə bağlı keçirilən sorğular heç bir partiyanın mütləq qalib gələcəyini göstərmir. Ancaq hazırda Konqresin hər iki palatasında çoxluğa sahib olan respublikaçıların onlardan birini uduzması ehtimalı yüksəkdir. Hesab olunur ki, onlar Senatda azlıqda qalacaqlar. Mediaya görə, demokratlar məhz bu qurum vasitəsilə Trampa və onun komandasına problem yaratmağı düşünülər.

"Məqsədimiz impiçment üçün çalışmaq deyil. Heç kim bu prosesin ilk günündə uğursuz səsvermə istəmir", - adının çəkilməsini istəməyən demokrat funksionerlərdən biri bildirib.

Başqa sözlə, noyabr ayında hansı partiya qalib gəlsə də, Trampın impiçmentini dəstəkləmək üçün Senatda üçdə iki səs çoxluğuna sahib olmayacaq. Lakin seçkilərin qalibləri Senat dinləmələrini başlatmaq və onları prezident üçün bir növ ictimai tribunal halına gətirmək üçün kifayət qədər qabiliyyətlidirlər.

Agentliyin mənbələri iddia edir ki, Trampa qarşı ittihamlar siyahısı hələ tam hazır deyil. Lakin ona qarşı irəli sürülə biləcək bir çox ittiham var. Məsələn, senatorlar Trampın ən sevdiyi layihə - Ağ Evin bal salonu üçün maliyyələşdirmə sxemləri ilə maraqlana bilərlər. Çünki prezident tarixi binada bunker tikir.

Ailəsinin biznesi və onların maliyyə maraqları ilə dövlətin maraqlarnın üst-üstə düşməsi səbəbindən Trampa suallar ünvanlana bilər.

Nəhayət, ötən il Qətərin Trampa hədiyyə etdiyi “Boeing 747-8” təyyarəsi ilə bağlı suallar var. “Vaşinqton Post” qəzetinin məlumatına görə, təyyarəni “Air Force One”-a çevirmək təxminən 1,5 milyard dollara başa gələcəkdi. Lakin iyul ayında Trampın bu hədiyyədən istifadə etmədiyi məlum olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR