İnsanlara hürriyət, millətlərə istiqlal!

Donald Tramp: “Beynəlxalq hüquqa ehtiyacım yoxdur, məni dayandıran yeganə şey…”

ABŞ Prezidenti Donald Tramp bildirib ki, onun hakimiyyətini məhdudlaşdıran yeganə amil beynəlxalq hüquq deyil, yalnız öz əxlaqı və düşüncə tərzidir.

Musavat.com xəbər verir ki, The New York Times”qəzetinə verdiyi müsahibədə Tramp deyib ki, beynəlxalq hüquqa əməl etmək onun üçün məcburi deyil. Tramp gücünün hər hansı məhdudiyyəti olub-olmaması ilə bağlı suala cavabında bildirib ki, onu dayandıra bilən yeganə amil öz əxlaqı və düşüncə tərzidir.

“Bəli, bir məhdudiyyət var- mənim öz vicdanım, öz düşüncə tərzim. Məni dayandıra biləcək yeganə şey budur”.

ABŞ prezidenti beynəlxalq hüquqa əməl edib-etməmək məsələsinin isə anlayışdan asılı olduğunu bildirib və bu anlayışın fərqli şəkildə şərh oluna biləcəyini vurğulayıb. O, qeyd edib ki, insanlara zərər vermək niyyətində deyil:

“Beynəlxalq hüquqa riayət etmək anlayışdan asılıdır. Bu, sizin beynəlxalq hüququ necə tərif etməyinizə bağlıdır”,- deyə Prezident bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Iyun 2026

10 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR