Onlayn ictimai-siyasi qəzet
Rusiya və ABŞ yüksək səviyyədə hərbi əlaqələri bərpa etmək barədə razılığa gəlib.
Musavat.com xəbər verir ki, bu barədə ABŞ-nin Avropa Komandanlığı məlumat yayıb.
Bu addım, xüsusilə Ukrayna müharibəsi fonunda tərəflər arasında gərginliyin azaldılması məqsədilə atılıb.
Qeyd olunur ki, razılaşma Əbu-Dabidə keçirilən bir sıra görüşlər nəticəsində əldə edilib.
Amerika tərəfindən general Aleksus Qrinkeviçə "gözlənilməz eskalasiyanın qarşısını almaq üçün mexanizm təmin etmək" məqsədilə Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovla dialoq aparmaq səlahiyyəti verilib.
Ekspertlər hesab edir ki, bu, iki ölkə arasında mümkün gərginliyi azaltmaq üçün mühüm addımdır.
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ