İnsanlara hürriyət, millətlərə istiqlal!

Əhaliyə VACİB XƏBƏRDARLIQ: 3 gün DAVAM EDƏCƏK

Bir neçə günlük sakitlikdən sonra alimlər yenidən maqnit fırtınasının baş verəcəyini proqnozlaşdırırlar.

Musavat.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın Geoloji Xidməti məlumat yayıb.

Mütəxəssislərin bildirdiyinə görə, hazırda günəş küləyinin sürəti fon səviyyəsindədir və bu rejimin sentyabrın 22-si ilə 23-də də davam edəcəyi gözlənilir.

Bununla yanaşı, sentyabrın 24-də Günəşdəki koronal dəlikdən gələn yüksəksürətli axın planetimizə təsir etməyə başlayacaq. Bu səbəbdən Yerdə G1 səviyyəli zəif maqnit fırtınası gözlənilir.

Attachment

Qasırğanın nə qədər davam edəcəyi və daha da güclənib-güclənməyəcəyi haqqında isə hələlik dəqiq məlumat verilmir.

Alimlər güclü günəş püskürmələrini və plazma atılmalarını işə salan mexanizmin sirrini açmağa yaxınlaşıblar.

Tədqiqatlar göstərir ki, əsas "maqnit mühərriki" Günəş səthinin təxminən 200 min kilometr dərinliyində – radiasiya və konvektiv təbəqələr arasındakı keçid zonasında (taxoklin) yerləşir.

Məhz orada formalaşan güclü maqnit sahələri sonradan Yerdə maqnit fırtınalarına səbəb ola biləcək günəş ləkələri və püskürmələr şəklində üzə çıxır.

Tədqiqatçılar Günəşin daxilində fırlanan və xarakterik "kəpənək naxışı" yaradan plazma axınları aşkar ediblər. Bu fenomen Günəş fəallığının 11 illik sikli ilə birbaşa bağlıdır.

Alimlər qeyd edirlər ki, ulduzun dərinliklərindəki dəyişikliklər onun səthinə yalnız bir neçə ildən sonra çatır. Bu səbəbdən Günəşin daxili proseslərinin izlənilməsi gələcəkdə onun yüksək fəallıq dövrlərini daha dəqiq proqnozlaşdırmağa imkan verəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR