İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğanın bu hədiyyəsi diplomatik qalmaqala səbəb oldu - FOTO

Ankarada keçirilən 36-cı NATO Sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlət və hökumət başçılarına təqdim etdiyi "Sarsılmaz SR 38" markalı xüsusi istehsal revolverlər beynəlxalq gündəmdə geniş müzakirəyə səbəb olub.

Musavat.com xəbər verir ki, hər biri liderlərin adına xüsusi işlənmiş və müvafiq ixrac sənədləri ilə müşayiət olunan bu hədiyyələr, bir çox ölkənin sərt silah qanunvericiliyi və diplomatik etik qaydaları ilə toqquşduğu üçün "texniki problemə" çevrilib.

Belçikanın Baş naziri Bart De Vever hədiyyəni ölkəsinə çatdırdıqdan sonra bağlamanı açaraq içərisində canlı sursat olduğunu görüb və təhlükəsizlik prosedurlarına uyğun olaraq silahı dərhal aviasiya polisinə təhvil verib. Böyük Britaniyanın Baş naziri Kir Starmer də oxşar bir addım ataraq, İngiltərə qanunlarına görə canlı silahın idxalının qadağan olması səbəbindən revolverini Türkiyədə saxlayıb; silahın tərksilah edilərək (etibarsız hala salınaraq) daha sonra Londona göndərilməsi planlaşdırılır.

Kanada Baş naziri Mark Karniyə verilən hədiyyə isə Kanada Kral Atlı Polisinə (RCMP) təqdim olunub və onun da atəş açmaq üçün yararsız hala salınaraq muzeydə nümayiş etdirilməsi nəzərdən keçirilir. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Avropa Şurasının sədri Antoniu Kosta kimi yüksək rütbəli Aİ rəsmiləri də oxşar hədiyyələr alıblar, lakin Aİ-nin dəyərli hədiyyələrin şəxsi mülkiyyətdə saxlanılması ilə bağlı etik qaydaları səbəbindən bu silahların rəsmi inventara alınması və ya təhlükəsizlik orqanlarına təhvil verilməsi gözlənilir.

Attachment

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR