İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan Aİ-dən yardım istəyib  

Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri bugünkü iclasda Ermənistan məsələsini müzakirə edəcəklər.

Musavat.com xəbər verir ki, bunu jurnalistlərə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas bildirib.

“Gələn il Ermənistanda seçkilər keçiriləcək. Bu gün biz bu məsələdə Ermənistana necə kömək edə biləcəyimizi müzakirə edəcəyik. Ermənistan xaricdən müdaxilənin qarşısının alınması üçün bizə müraciət edib”, - deyə Kallas qeyd edib.

Kaya Kallas bundan əvvəl də 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində Rusiyanın dezinformasiya kampaniyasını gücləndirəcəyini söyləyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR