Onlayn ictimai-siyasi qəzet
Ermənistan parlamenti 2 oktyabr iclasında müxalif “Ermənistan” blokunun parlament fraksiyası tərəfindən təqdim edilən, qondarma“erməni soyqırımı”nın inkarının cinayət məsuliyyətinə cəlb edilməsini nəzərdə tutan qanun layihəsini rədd edib.
Musavat.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Söhbət Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi barədə qanun layihəsindən gedir. Hakim “Vətəndaş Müqaviləsi” partiyasından 58 deputat layihənin əleyhinə səs verib, daha 2 deputat isə bitərəf qalıb. Nəticədə qanun layihəsini cəmi 26 deputat dəstəkləyib.
Musavat.com
07 Sentyabr 2026
06 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ