İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan Sülh Şurasına görə pul ödəyəcək?- XİN-dən açıqlama

"Sülh Şurasının Nizamnaməsi" maliyyə töhfələri əsasında Şuraya könüllülük əsasında üzv olmağı nəzərdə tutur.

Musavat.com bildirir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan yerli medianın Ermənistanın Sülh Şurasına üzvlük üçün nə qədər pul ödəməli olacağı ilə bağlı sualına cavabında bildirib.

“ABŞ prezidenti Trampın dəvət etdiyi ölkə üç ilədək müddətə dəqiq müəyyən edilmiş üzvlük haqqı olmadan şuraya üzv ola bilər və bu müddətin sonunda müəyyən edilmiş qaydada nəzərdən keçirilməlidir.
Ermənistan hökuməti bu əsaslarla Sülh Şurasına üzvlüyünü təsdiqləyib”, - Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Iyul 2026

20 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR