İnsanlara hürriyət, millətlərə istiqlal!

Faciəvi şəkildə ölən Əvəz dəfn olundu - FOTO

Albaniyanın Dürres limanında bədbəxt hadisə nəticəsində ölən dənizçi Əvəz Cəfərov dəfn olunub.

Musavat.com oxu.az-a istinadən xəbər verir ki, 2001-ci il təvəllüdlü Ə.Cəfərov Biləsuvar şəhər qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, ilkin məlumata əsasən, bədbəxt hadisə gəmidə yük boşaldılması prosesi zamanı baş verib və onu cərəyan vurub.

Qeyd edək ki, mərhum subay idi. O, 15 il öncə hər iki valideynini də yol-nəqliyyat hadisəsində itirmişdi.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Avqust 2026

22 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR