Onlayn ictimai-siyasi qəzet
Türkiyənin məşhur müğənnisi Fatih Üreyin vəfat etdiyi bildirilir.
Musavat.com xəbər verir ki, bu barədə jurnalist Müge Dağıstanlı sosial şəbəkə hesabında paylaşım edib.
Müge Dağıstanlı qeyd edib ki, Fatih Ürek oktyabrın 15-də keçirdiyi infarktdan sonra bir müddət reanimasiya şöbəsində müalicə alırdı və bu gün həyatını itirib.
Jurnalist paylaşımında “Acı xəbər… 15 oktyabrda keçirdiyi infarktdan sonra reanimasiyada müalicə alan Fatih Ürek vəfat etdi. Nur içində uyu, Fatih… çox darıxacağıq” sözlərini yazıb.
Könül, Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ