Onlayn ictimai-siyasi qəzet
Fənərbağça klubu FIFA tərəfindən tətbiq edilən üç dönəmlik transfer qadağası ilə bağlı açıqlama yayıb.
Klubun açıqlamasında bildirilib ki, transfer qadağası müvəqqəti xarakter daşıyır və 2024-2025 mövsümündə komandaya transfer olunan Youssef En-Nesyrinin bonservis ödənişi ilə əlaqədardır.
Musavat.com xəbər verir ki, Fənərbağça FIFA-nın qərarı ilə müəyyən edilən ödənişi ilk iş günü – bazar ertəsi həyata keçirəcəyini açıqlayıb.
Bildirilib ki, ödəniş həyata keçirildikdən və FIFA nəzdindəki bürokratik prosedurlar tamamlandıqdan sonra kluba tətbiq edilən transfer qadağası aradan qaldırılacaq.
Musavat.com
09 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ