Onlayn ictimai-siyasi qəzet
Finlandiya hava məkanına daxil olan pilotsuz uçuş aparatı ölkədə narazılığa səbəb olub.
Musavat.com xəbər verir ki, Finlandiya hərbçiləri səhər saatlarında Rusiya sərhədinə yaxın Virolahti bölgəsində dron qeydə alıblar.
Finlandiya Müdafiə Nazirliyinin məlumatında aparatın modeli və mənşəyinin hələ müəyyənləşdirilmədiyi bildirilib.
Lakin Finlandiyanın baş naziri Petteri Orponun Ermənistan səfəri zamanı Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşdən sonra səsləndirdiyi fikirlər diqqət çəkib. Onun sözlərindən belə anlaşılır ki, Helsinki insidentə görə məsuliyyəti Ukrayna tərəfi ilə əlaqələndirir.
“Finlandiyanın Ukraynanı və onun özünümüdafiə hüququnu dəstəklədiyini bildirdim. Bununla belə, Finlandiya hava məkanının pozulması və dronların bizim hava məkanımıza daxil olması qəbuledilməzdir”, – Orpo deyib.
Baş nazir əlavə edib ki, bu söhbətdən sonra ukraynalılar gələcəkdə daha diqqətli olacaqlar və dronların Finlandiya istiqamətinə yönəlməsinin qarşısını almağa çalışacaqlar.
Hadisə Finlandiya-Ukrayna münasibətlərində açıq gərginlik yaratmasa da, Helsinki hava məkanının təhlükəsizliyi məsələsində sərt mövqe ortaya qoyub.
Musavat.com
08 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ