İnsanlara hürriyət, millətlərə istiqlal!

Füzulidə salınacaq Qaraxanbəyli kəndinin layihəsinin detalları açıqlanıb

Prezident İlham Əliyevin təməlini qoyduğu Füzuli rayonunun Qaraxanbəyli kəndi 6 000 nəfərə yaxın əhaliyə hesablanıb.

Musavat.com xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev "X" sosial şəbəkəsində hesabında bildirib.

O qeyd edib ki, gələn il yekunlaşdırılması nəzərdə tutulan 1-ci mərhələdə 87 hektar ərazidə 404 ailənin (1861 nəfərin) köçürülməsi məqsədilə 81 iki, 202 üç, 101 dörd, 20 beşotaqlı olmaqla ümumilikdə 404 fərdi evin inşası planlaşdırılır: "Kənddə sosial infrastrukturun, o cümlədən inzibati və xidmət binalarının, məktəbin, uşaq bağçasının, tibb məntəqəsinin inşası, 16 kilometrə yaxın daxili yolların, həmçinin elektrik, qaz və su xətlərinin çəkilməsi planlaşdırılır".

A. Quliyev vurğulayıb ki, 2027–2030-cu illəri əhatə edəcək 2-ci mərhələ 230 hektara yaxın ərazidə icra olunacaq. Bu mərhələdə 1075 ailənin (4093 nəfərin) köçürülməsi məqəsdilə 771 fərdi evin (iki, üç, dörd və beşotaqlı) və iki-üçmərtəbəli yaşayış binalarının inşası nəzərdə tutulur. Əhalinin və evlərin sayı kəndin 20 illik perspektiv inkişafı nəzərə alınmaqla müəyyən edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2026

27 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR