İnsanlara hürriyət, millətlərə istiqlal!

Get birinci öz ölkənə SAHİB ÇIX! Hanı o böyük rus XALQI?- Niyə ayağa qalxmırsız?!

Siyasətçi Nemət Pənahlı "Müsavat TV" efirindəki çıxışı zamanı Rusiyanın malik olduğu nəhəng coğrafi əraziyə və təbii sərvətlərə baxmayaraq, ölkədə hökm sürən şovinist siyasətin həm rus xalqını, həm də qonşu dövlətləri fəlakətə sürüklədiyini bəyan edib.

Musavat.com xəbər verir ki, çıxışının əvvəlində Rusiya Federasiyasının qlobal miqyasda sahib olduğu coğrafi üstünlüklərə toxunan siyasətçi mövcud idarəçiliyin bu potensialı düzgün dəyərləndirmədiyini vurğulayıb. Onun sözlərinə görə, dünyanın ən böyük ərazisinə malik olmasına və zəngin torpaqlara sahib olmasına baxmayaraq, ölkə daxildə fəlakət törədir və ətraf xalqlara faciə gətirir: "Dünyanın bu günləri ən böyük ərazisinə malik olan ölkədir. Yəni bu qədər ərazi itirməsinə baxmayaraq, Rusiya dünyanın ən zəngin torpaqlarına, sərvətlərinə sahib olan ölkədir. Amma öz ölkəsində fəlakət törədir, ətraf xalqlara da faciə gətirir."

Nemət Pənahlı tarixdə böyük rolu olan rus xalqının bu gün düşdüyü sosial və psixoloji duruma acıdığını bildirib. O, cəmiyyətin mövcud haqsızlıqlara qarşı səssiz qalmasını və şovinist təbliğatın təsirinə düşməsini kəskin tənqid edərək qeyd edib ki, ölkə daxilində zibilxanada yaşayan, yeməyə çörəyi olmayan və küçələrdə qalan insanlar dindirildikdə belə rus şovinizmindən danışaraq Amerikaya meydan oxuyurlar.

Siyasətçinin fikrincə, məhz bu şovinist zehniyyət ilk növbədə elə rus xalqının özünü bədbəxt edir və daxildən çürüdür. Çıxışın yekununda isə Rusiyanın yeganə xilas yolunun imperialist iddialardan əl çəkərək qonşu dövlətlərlə sivil, normal münasibətlər qurmaqdan keçdiyi vurğulanıb: "Rusiyanın yeganə nicatı odur ki, yuxarıdan aşağı baxdığı bütün xalqlarla normal qonşuluq, iqtisadi və siyasi əlaqələr qursun. Sən mənimlə necə yuxarıdan aşağı davranıb, aşağılaya-aşağılaya dost ola bilərsən?"

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2026

27 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR