Onlayn ictimai-siyasi qəzet
Əfqanıstanın Rusiyaya yeni təyin olunmuş səfiri Gül Həsən etimadnaməsinin surətini Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenkoya təqdim edib.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumatda bildirilib.
Artıq Moskvadakı Əfqanıstan səfirliyinin binasında Əfqanıstanın dövlət bayrağı asılıb.
Bununla da Rusiya bir çox ölkələrdə terror təşkilatı kimi tanınan "Taliban" hərəkatının rəhbərlik etdiyi Əfqanıstan İslam Əmirliyini rəsmi olaraq tanıyan ilk ölkədir.
"Taliban"a Rusiyada uzun müddət qadağa qoyulsa da, 2024-cü ilin dekabrında Dövlət Duması onun terror təşkilatları siyahısından çıxarılmasına icazə verən qanun qəbul edib. Aprelin 17-də isə Rusiya Federasiyasının Ali Məhkəməsi "Taliban"ın Rusiyadakı fəaliyyətinə qadağanı ləğv edib.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ