Onlayn ictimai-siyasi qəzet
“Bugünkü görüşdə Yaxın Şərqdəki prosesləri də müzakirə etdik. Vaşinqton görüşündən sonra regiondakı proses, koordinasiya və məsləhətləşmələrin davam etdirilməsini bir daha vurğuladıq".
Musavat.com xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.
“Eyni zamanda Qara dənizdə gəmilərə hücumlar ciddi zərərlərə səbəb olub. Təəssüf ki, hücumlarda türk və azərbaycanlı dənizçilər həlak olublar. Həlak olan dənizçilərə rəhmət diləyirəm. Bu hücumlar qəbuledilməzdir. Tərəflərə lazımi xəbərdarlıqları edirik. Türkiyə Rusiya-Ukrayna müharibəsində sülhə nail olunması üçün təmasları davam etdirir. Ən pis sülh belə savaşdan yaxşıdır”, - o qeyd edib.
Nigar Həsənli
Musavat.com
11 Oktyabr 2026
10 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ