Onlayn ictimai-siyasi qəzet
Sabirabadda bu aylarda tərəvəzlər həm həyətyanı sahələrdə, həm də fərdi istixanalarda yetişdirilir. Xüsusilə, xiyar və pomidor daha çox əkilir. Əvvəlki illərdə bu tərəvəzlər nəzərdə tutulan vaxtda, yəni mart ayında yetişdirilərək bazara çıxarılırdısa, bu il gecikmə müşahidə olunur.
Musavat.com xəbər verir ki, bu barədə AzTV-nin videomaterialında bildirilib.
Hava şəraitinin dəyişkən keçməsi, yəni təsərrüfat üçün əlverişsiz olması fermerlərin işini xeyli çətinləşdirir. Belə ki, təxminən 10 günədək gecikmə mövcuddur. Bu isə məhsul yığımına da mənfi təsir göstərir.
Havanın tez-tez dəyişməsi şitillərin inkişafını zəiflədir, kök sisteminə zərər vurur və məhsul itkisinə səbəb olur.
Fermerlər mövcud vəziyyəti belə şərh edirlər: "Fevral ayının isti, əksinə, mart ayının soyuq keçməsi bizə istixanalarda çox çətinlik yaradır. Yetişən xiyarın üçdə biri, üçdə ikisi, bəzən dörddə üçü və ya yarısı saralır və tökülür. Hər xiyar kolunda 4-5 kiloqram itki olur".
Temperaturun aşağı, rütubətin isə yüksək olması, həmçinin zərərvericilərin aktivləşməsinə səbəb olur. Bunun qarşısını almaq üçün zəruri tədbirlər görülür.
30 Avqust 2026
01:12 Türkiyədən Yunanıstana “hərbi xəritə” şoku – Afinanın gizli bazaları bir-bir üzə çıxdı - VİDEO
29 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ