İnsanlara hürriyət, millətlərə istiqlal!

HƏMAS-dan sərt mövqe: “Silahların təhvilindən söhbət gedə bilməz”

HƏMAS hərəkatının liderlərindən biri HƏMAS-ın yüksək vəzifəli nümayəndəsi Osama Hamdan hərəkatın silahı təhvil verəcəyi ilə bağlı müzakirələri kəskin şəkildə rədd edib.

Musavat.com-un məlumatına görə Hamdan bildirib ki, HƏMAS-ın silahdan imtina etməsi ilə bağlı səsləndirilən fikirlər “boş sözlərdir”, çünki onun sözlərinə görə, işğalçı hakimiyyət atəşkəs razılaşması çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir.

O, ABŞ prezidenti Donald Trampın İsrailin baş naziri Binyamin Netanyahu ilə görüş zamanı səsləndirdiyi bəyanatlara da toxunaraq bildirib ki, bu açıqlamalar ABŞ-ın İsrailə yönəlik ənənəvi proamerikan mövqeyindən kənara çıxmır.

HƏMAS rəsmisi vurğulayıb ki, ABŞ administrasiyası real rol oynamaq istəyirsə, işğalçı hakimiyyətə təzyiq göstərməli və atəşkəs razılaşmasında nəzərdə tutulan bütün öhdəliklərin icrasını təmin etməlidir.

Hamdanın sözlərinə görə, İsrail tərəfi dərhal Qəzza zolağına humanitar yardım və yanacaq tədarükünü artırmalı, həmçinin Rəfah keçid məntəqəsini hər iki istiqamətdə açmalıdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR