İnsanlara hürriyət, millətlərə istiqlal!

Hərbi komissarlığın şöbə rəisi rüşvət ittihamı ilə həbs edildi

Armavir şəhərində hərbi komissarlığın bölmələrindən birinin rəhbəri rüşvət ittihamı ilə saxlanılıb.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan Antikorrupsiya Komitəsi məlumat verib.

Məlumata görə, cinayət işi təkcə həmin şəxs barəsində deyil, daha üç nəfərə qarşı da başlanıb. İstintaqın ilkin versiyasına əsasən, söhbət vətəndaşların hərbi təlim-məşqlərdən azad edilməsi müqabilində rüşvət alınmasından gedir.

Hazırda istintaq tədbirləri davam etdirilir, saxlanılan şəxslərin mümkün əlaqələri və epizodların sayı araşdırılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR