İnsanlara hürriyət, millətlərə istiqlal!

Hörmüzdə daha bir tanker vuruldu: İrandan səs çıxmır

Hörmüz boğazında daha bir neft tankeri Oman sahillərində atəşə tutulub.

Musavat.com Böyük Britaniya Ticarət Gəmiçiliyi İdarəsinin (UKMTO) məlumatına istinadən xəbər verir ki, tankerə ciddi ziyan dəyməyib.

UKMTO-nun məlumatına görə, hadisə Omandan 4 dəniz mili şərqdə baş verib: "Neft tankerinin kapitanı gəminin sol tərəfindən naməlum mərmi ilə vurulduğunu bildirib. Heç bir heyət üzvü xəsarət almayıb və ətraf mühitə heç bir ziyan dəyməyib".

Dünən UKMTO Hörmüz boğazında başqa bir gəmi ilə bağlı hadisə barədə məlumat yaymışdı. Gəmidə yanğın baş verib, lakin o, söndürülüb.

Qeyd edək ki, Oman suları ilə Hörmüzdən keçən gəmiləri SEPAH atəşə tutur. Hələlik Tehrandan son 2 insident barədə açıqlama verilməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR