İnsanlara hürriyət, millətlərə istiqlal!

İbrahimoviç DÇ-2026-da azarkeşlik etdiyi komandanın adını dedi

İsveç millisinin keçmiş hücumçusu Zlatan İbrahimoviç 2026-cı il dünya çempionatında kimə azarkeşlik edəcəyini açıqlayıb.

İbrahimoviç "Fox Sports"a açıqlamasında deyib:

"Hansı qrupa daha çox diqqət ayırıram? L Qrupu. Orada İngiltərə, Xorvatiya, Qana və Panama var. Mənim Xorvatiya köklərim var, ona görə də bu turnirdə onlara azarkeşlik edirəm. Qananın əla istedadları var. Amma İngiltərə və Xorvatiyanın birinci yer uğrunda mübarizə aparacaqlarını düşünürəm".

DÇ-2026 ABŞ, Kanada və Meksikada keçirilir. Turnir 11 iyunda başlayıb və 19 iyulda başa çatacaq. (fanat.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR