Onlayn ictimai-siyasi qəzet
Şimali Kipr Türk Respublikası (KKTC) Prezidenti Tufan Ərhürman 13 noyabrda Türkiyəyə ilk beynəlxalq səfərini edəcək.
Musavat.com xəbər verir ki, görüşlərdə Kipr məsələsi və Türkiyə-KKTC münasibətlərinin bütün aspektləri müzakirə olunacaq.
Səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutur. Görüşlərdə Kipr məsələsi və Türkiyə-KKTC münasibətləri ilə bağlı mövcud inkişaflar da müzakirə olunacaq.
Prezidentin Kommunikasiya Direktoru Burhanəddin Duran səfərlə bağlı açıqlamasında bildirib ki, "Şimali Kipr Türk Respublikasının Prezidenti Tufan Ərhürman 13 noyabr 2025-ci ildə Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə ilk beynəlxalq səfərini edəcək".
Musavat.com

19 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ