İnsanlara hürriyət, millətlərə istiqlal!

"iPhone" qiymətinə 23 sot torpaq və EV ALDI - FOTOLAR

Ukraynada iri şəhərlərdə mənzillərin qiyməti günbəgün bahalaşdığı bir vaxtda, əyalət kəndlərində hələ də yeni bir smartfon qiymətinə yaşayış yeri tapmaq mümkündür.

Musavat.com "Focus" nəşrinə istinadən xəbər verir ki, Ukrayna əyalətlərindəki həyatı araşdıran məşhur bloger növbəti belə alqı-satqısını reallaşdırıb və kadrları izləyiciləri ilə bölüşüb.

Məlumata görə, şəxs torpaq sahəsi ilə birlikdə köhnə ev üçün cəmi 1500 dollar ödəyib. Bu məbləğ təxminən yeni bir "iPhone" modelinin qiymətinə bərabərdir.

Evin uzun müddətdir sahibsiz qaldığı ilk baxışdan bəlli olur. Otaqlar yararsız əşyalarla dolu olduğu üçün ilk növbədə böyük zibil qalağını təmizləmək lazım gələcək. Təbii ki, mülk əsaslı təmirə də ciddi ehtiyac duyur.

Təqdim olunan videodan görünür ki, evdə yaşayış otağına çevrilə biləcək bir neçə sahə var. Divarlardan asılmış köhnə fotolar isə hələ də əvvəlki sakinləri xatırladır.

Həyətdə daha bir tikili yerləşir. Bloger bu tikilini emalatxana və ya anbar kimi istifadə etməyi planlaşdırır. Evlə birlikdə ona təxminən 23 sotluq torpaq sahəsi də nəsib olub.

Lakin yeni sahibini ən çox sevindirən məqam həyətyanı sahənin tən ortasından keçən mənzərədir. Belə ki, tərəvəz bostanının düz arxasında çay axır.

"Bu artıq ruhum üçün xüsusi bir bonusdur. Burada giləmeyvə yetişdirməyi, tədricən evi bərpa etməyi və həm yaşayıb, həm də əlavə qazanc əldə etməyi planlaşdırıram", - deyə ev sahibi bildirib.

Giləmeyvə təsərrüfatına başlamazdan əvvəl yeni sahib həyətdəki kolluqları təmizləməli və ərazini səliqəyə salmalıdır. Lakin bu cür çətinliklər onu qorxutmur. Çünki kiçik bir məbləğ müqabilində o, su kənarında təbiət qoynunda gözəl bir guşə və ideyalarını reallaşdırmaq üçün məkan əldə edib.

İqbal RZAYEV,
Musavat.com

Ukraynalı bir kənddə iPhone qiymətinə ev aldı: necə görünür (fotolar)

Ukraynalı bir kənddə iPhone qiymətinə ev aldı: necə görünür (fotolar)

Ukraynalı bir kənddə iPhone qiymətinə ev aldı: necə görünür (fotolar)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR