İnsanlara hürriyət, millətlərə istiqlal!

“İqlim terroru” iddiası regionu silkələdi: Yağışlar süni imiş? – ŞOK İDDİA

“İqlim terroru məsələsi getdikcə daha da ciddiləşir. Son həftələrdə İran, Türkiyə, İraq və Azərbaycanda yağıntıların kəskin artması müşahidə olunur. İran, İraq və Türkiyədə, hətta Suriyada su anbarları dolub-daşır. İraqda isə heç vaxt 100 faiz dolmayan su anbarlarının belə tam dolması səbəbindən artıq suyun buraxılmasına məcbur olunub”.

Musavat.com bildirir ki, bu sözləri Yaxın Şərq məsələləri üzrə siyasi şərhçi Kənan Rövşənoğlu deyib.

Siyasi şərhçinin ehtimalına görə, bu proses İran Körfəzi ölkələrində, xüsusən də BƏƏ-də yerləşən iqlim radar mərkəzinin vurulmasından sonra baş verib:

"Orda yerləşən mərkəzlər regionda yağış buludlarını idarə edirmiş. İndi mərkəzlər vurulduğu üçün təbiət öz axarına dönüb deyə yağıntılar normaya dönüb.

Regionda təxminən 5-7 ildir şiddətli quraqlıq var. İran, Əfqanıstanın qərb rayonları, Azərbaycan, Türkiyə, İraqda neçə illərdir yağıntılar azalıb. İran bir neçə dəfə buna görə ABŞ-ın qurduğu radar mərkəzlərini ittiham edib ki, buludları süni şəkildə qovub quraqlıq yaradırlar. Ancaq bu iddialar ciddiyə alınmırdı.

Lakin o da faktdır ki, bir neçə il əvvəl BƏƏ rəsmən elan etdi ki, Qərb elmi mərkəzləri ilə birlikdə BƏƏ ərazisində yağış buludları yaradan sistem qurulub, bunun vasitəsilə yağış yağdırılır.

Bu sistemin necə işlədiyi tam olaraq aydın olmasa da, qonşu regionda ardıcıl quraqlığın fonunda körfəzin bu tayında yağıntının süni şəkildə artması sual doğurub".

Kənan RÖVŞƏNOĞLU: Tərtəri heç siz də sevmədiniz...

Kənan Rövşənoğlu vurğulayıb ki, birdən-birə yağıntıların kəskin artması iranlıların versiyasını inandırıcı edib:

"Artıq Türkiyə və İraqda da bu versiya ciddi şəkildə müzakirə olunur. Doğrudur, bir qayda olaraq müharibə olan ərazilərdə anormal hava şəraiti müşahidə olunur. Görünür bu, raket və artilleriyanın yaratdığı dalğalar səbəbi ilə baş verir. Ancaq dediyim kimi, İranda hətta Urmiya gölündə suyun əmələ gəlməsi göstərir ki, neçə ildir davam edən quraqlıq süni imiş.

Əgər süni bulud idarəetməsi sistemləri təsdiqlənsə bu, gələcək üçün ciddi ekoloji və ərzaq təhlükəsizliyi problemi deməkdir. Düşmən ölkələr artıq həm də iqlimə və təbiətə müdaxilə edəcək.

İkinci tərəfdən, bu, çox qəddar və vəhşicəsinə bir hərəkətdir. İranla düşmənçilik səbəbi ilə Azərbaycan, Əfqanıstan, Türkiyə, İraq kimi ölkələr də neçə ildir əziyyət çəkir, bu həm də siyasi-diplomatik qalmaqldır".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR