İnsanlara hürriyət, millətlərə istiqlal!

İran konsulu ermənilər haqda elə SÖZLƏR dedi ki... – Bakıdan REKASİYA

“Şeytanlardan ehtiyatlı olmalı və onların münasibətlərimizə mane olmasına imkan verməməliyik”.

Bunu İranın Qafandakı baş konsulu Morteza Abedin Varamin 168.am-a verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, Ermənistan və İran arasındakı münasibətlər bənzəri bir digər ölkələr arasında yoxdur. O, həmçinin, “iki dövlət arasında sıx əlaqələrin minilliklərə söykəndiyini” iddia edib. Daha sonra o, erməni dilinin ingilis və ya fransız dilləri ilə neçə ortaq sözə malik olduğu ilə maraqlanıb. “Fars və erməni dilləri arasında minlərlə ortaq söz (?! – red.) var. Bu, bizim eyni xalq olduğumuzu göstərir”, - iranlı diplomatı vurğulayıb və əlavə edib ki, nə Ermənistan, nə də İran və onların xalqları kənar qüvvələrin onların münasibətlərinə müdaxilə etməsinə icazə verməməlidir.

Bu açıqlamanı indi necə oxumalı? Əvvəla, qaraçı kimi tarix boyu orda-burda məskunlaşan, Qafqaza köçürülən ermənilərin nə vaxt min illiklərə söykənən dövlətçiliyi olub? Əsrlərlə türklərin idarə elədiyi və yaşadıqları İran adlı ərazidə indi də on milyonlarla Azərbaycan türkü yaşayır – öz tarixi dədə-baba torpağında. Amma Türk erməni ilə qardaş ola bilməz təbii ki, bəs farslar doğrudanmı ermənilərlə eyni kökdəndir? Baş konsul bununla nə demək istəyir və kimə ismarış göndərir?

Hərçənd, biz Azərbaycan torpaqlarının işğalı zamanı fars-erməni qardaşlığının əyani şahidi olmuşuq. Bu qardaşlığın bir təzahürü də odur ki, İranda 3-4 minlik erməninin öz dilində məktəbi olsa da, 35-40 milyonluq azərbaycanlılara belə haqq tanınmır...

Mövzu ilə bağlı deputat Hikmət Babaoğlu Musavat.com-a danışıb. Millət vəkili hesab edir ki, baş konsulun açıqlamalarında həm müəyyən həqiqət payı, həm də İranın regional siyasəti baxımından mühüm siyasi mesajlar var.

“İranın Qafandakı baş konsulunun 168.am-a verdiyi müsahibədə səsləndirdiyi fikirlərin bir qismi həqiqəti əks etdirir. Onun verdiyi siyasi mesajlar daha çox Amerika və İsrailə şamil edilən siyasi epitetlərdir. Trampın da qeyd etdiyi kimi, 47 ildir ki, İranda ABŞ “böyük şeytan”, region ölkələrindən birini isə “kiçik şeytan” adlandırırlar.

Konsul da “Aramıza şeytan girməsini əngəlləməliyik” deyərkən İran və Ermənistan arasındakı sərhəddə ABŞ-nin mümkün müdaxiləsinin qarşısının alınmasını nəzərdə tutur. O, Zəngəzur dəhlizində TRIPP marşrutunda Amerika Birləşmiş Ştatlarının iştirak etməsinin arzuolunmaz olduğunu diqqətə çatdırır. Əlbəttə ki, burada digər ölkələrə də üstüörtülü mesaj var".

e5ce42cb-e7ef-4db3-b316-bded444ea9ef_1200.jpg (229 KB)

Hikmət Babaoğlu hesab edir ki, iranlı diplomatın farslarla ermənilərin tarixi-mədəni yaxınlığı ilə bağlı səsləndirdiyi fikirlər də ayrıca təhlil olunmalıdır: “Ancaq farslarla ermənilərin eyni kökdən gəlmələrinə, eyni kökə, eyni mədəniyyətə və eyni dilə bağlı olduqları ilə bağlı səsləndirilən fikir həqiqətdir. Farslar da, ermənilər də Hind əsilli qaraçı Bovo və Boşa tayfalarından ibarət Hind tayfalarıdır. Farslar Midya dövründə, yəni miladdan əvvəl VIII–VII əsrlərdə “pers” adı ilə Hindistanın şimalından indiki İran ərazisinə gəliblər. Elə “pers” adı da hind dilində “nəzarətsiz və məqsədsiz gəzən” deməkdir. Farsça isə ərəb dilində daha pis məna verir. Bu da “farsça” perslərə verilən addır və təhqiramiz bir addır. Mən bunu açıqlamaq istəmirəm, amma bu “fars” adındakı ədalət bundan ibarətdir ki, doğrudan da başqa bir iş görə bilmədikləri üçün Metlərin, yəni bizim əcdadlarımız olan Midiyalıların atlarına baxırdılar Hindistandan gələn bu başıbozuq etnik qruplar”.

Hikmət Babaoğlu İran və erməni tarixinin qədim dövrlərinə də toxunub: “Elə yunanların “Kirios”, bizim Kir dediyimiz Əhəməni dövlətinin qurucusu Kir də Astiaqın mehtəri idi, Midya padşahının mehtəri idi. Bu, uzun tarixdir, əlbəttə ki. Qamata üsyanı qoşularaq sonradan hakimiyyəti əldə etdi. Qamata da Qaman atadır. Tarixdə onu Qamatan yazırlar. Əslində isə Midya dövlətinin ideoloji lideri olan Qamata üsyanı idi. Ona görə də ermənilərlə eyni qaraçi bölgəsindən gəldikləri üçün doğrudan da eyni dili paylaşırlar. Doğrudan da erməni dilinin təqribən 60 faizi fars və hind sözləridir, 40 ya da 42 faizi isə türk sözləridir. Yəni ermənicə bir kəlmə belə yoxdur.

Ancaq bu gün ermənilərlə farsların eyni dildə danışmamasının səbəbi isə Sasanilərdən sonra fars dilinin ərəbləşməsidir. Yəni xəlifə Ömərin vaxtında Sasani imperiyası dağıdıldığı üçün farslar məzhəb düzəldib Ömərə lənətləməyə başladılar. Və biz deyə bilirik ki, Hüseynə görə Ömərə lənətlənir, ya da Əliyə görə Ömərə lənətlənir. Əslində isə farslar Öməri ona görə lənətləyirlər ki, o, fars Sasani imperiyasını dağıdıb.

Bundan sonra bu gün fars dilinin təqribən 61–62 faizi ərəb sözlərindən ibarətdir, 23–25 faizi türk sözlərindən ibarətdir, qalanları isə hind sözləridir. Beləliklə, biz o dildə parçalanmaları görürük. Yəni eyni millət olan ermənilər və farslar bu gün böyük dövlətlərin, böyük xalqların mədəniyyəti altında əzilərək dillərini də itiriblər. Ərəblərin və türklərin təzyiqinə tab gətirə bilməyiblər. İran daha çox ərəbləşib dil etibarilə, ermənilər isə daha çox türkləşiblər dil etibarilə".

Hikmət Babaoğlu konsulun 3–4 minillik tarixlə bağlı fikirlərinə də münasibət bildirib:

“Görünür, o da 3–4 minillik tarix deyəndə əslində, son 3 minilliyi nəzərdə tutur. Yəni eramızdan əvvəl təqribən VIII–VII əsrlərdə doğrudan da onlar ortaq olaraq Hindistanın şimalından indiki İran yaylasına tərəf hərəkət ediblər. Və bu da həqiqətdir, bunu da doğru deyir. Sadəcə, məsələ odur ki, biz bunu, bu tarixi ifşa edib onları düzgün çatdırmalıyıq. Amma böyük xəta və yanlışlıq ondan ibarətdir ki, 3–4 minillik tarix ermənilər və farsların Hindistandakı ortaq tarixidir. Nə İranda, nə də Azərbaycanda onların bu qədər tarixi yoxdur.

Cənubi Qafqaza, Azərbaycan ərazilərinə, daha dəqiq desək, ermənilərin gəlməyinin hamımızın gözümüzün qabağında 200 illik tarixi var. Bu, həqiqətdir, tarixi gerçəklikdir. O vaxta qədər ermənilər yenə farslarla bir yerdə yaşayırdılar. Dil qrupuna gəldikdə isə, əlbəttə ki, bu, hind-Avropa dil qrupudur. Fars dili, demək olar ki, daha çox semitləşmiş dildir. Yəni, ərəblərin dili semit dilləri qrupuna aiddir, onlar hind-Avropa dil qrupuna aid deyillər. Ona görə də bu gün farslar nə özlərinə ərəb deyə bilirlər, nə də hind. Bax belə süni bir millətdir farslar və eyni zamanda fars dili də süni bir dildir – ermənilərin dili kimi.

Mənə elə gəlir ki, dil məsələsini önə çəkməklə bu günlərdə İran yeni bir siyasi strategiya formalaşdırır: farsdilli ölkələrin birliyi. Artıq taciklərlə bir neçə gün bundan öncə sənəd imzaladılar. Görünür, erməniləri də bu farsdilli ittifaqa daxil etmək istəyirlər. Məsələn, necə ki, Ərəb Liqası ölkələri var, bunlar da bir Fars Liqası ölkələri yaratmağa çalışırlar. Çünki Azərbaycan və Türkiyənin təşəbbüsü ilə bir Türk Dövlətləri Təşkilatı yaradılıb. İndi görünür, bu regional strateji balansı yaratmaq üçün Ermənistanı öz tərəflərinə çəkib, bunlar da bir farsdilli dövlətlər qrupu yaratmağa çalışırlar”.

Hikmət Babaoğlu belə bir təşəbbüsün regiondakı geosiyasi balans baxımından ciddi nəticələr doğura biləcəyini deyir: “Bu, çox təhlükəlidir. Ona görə də mənə elə gəlir ki, iranlı diplomatın açıqlamalarını daha çox İrandakı azərbaycanlılarımız, qardaşlarımız oxumalıdırlar ki, farsların siyasəti nədir. İranda yaşayan türklər onların bu anti-Türk, anti-Azərbaycan siyasətinin qarşısını ala bilərlər”.

Xalidə Gəray,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR