Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp bildirib ki, İran ötən yay Amerika hücumlarından sonra nüvə proqramını bərpa etməyə çalışır.
Musavat.com xəbər verir ki, o, bu barədə Konqresdə illik çıxışında danışıb:
"Gecəyarısı Çəkic Əməliyyatından sonra onlara silah proqramlarını, xüsusən də nüvə silahlarını bərpa etməyə cəhd etməmək barədə xəbərdarlıq edilib. Buna baxmayaraq, onlar hər şeyi bərpa etməyə davam edirlər. Biz onu (nüvə proqramını - red.) məhv etdik və onlar hər şeyi yenidən başlamaq istəyirlər".
Trampın sözlərinə görə, İran həmçinin ABŞ-a çata bilən raketlər hazırlamaq üzərində işləyir.
ABŞ prezidenti İrandan lazım olan vədi - heç vaxt nüvə silahı əldə etməməyi nəzərdə tutan məktubu almadıqlarını deyib. O, yenə də məsələni danışıqlar yolu ilə həll etməyə üstünlük verdiyini, lakin bu baş tutmasa İrana ağır zərbə endiriləcəyini vurğulayıb.
Yanvar ayında Ağ Ev xəbərdarlıq etmişdi ki, Tehran danışıqlar masasına oturub nüvə silahlarından tamamilə imtina etməyi də əhatə edən "ədalətli razılaşma"ya çatmasa, güc tətbiq etməyə ciddi şəkildə hazırdır.
Hazırda Pentaqonun Yaxın Şərqdə iki aviadaşıyıcı zərbə qrupu da daxil olmaqla əhəmiyyətli qüvvələri toplaşıb. 19 fevralda ABŞ administrasiyası İrana razılığa gəlmək üçün maksimum 15 gün vaxt verəcəyini açıqlayıb.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ