İnsanlara hürriyət, millətlərə istiqlal!

İrana ZƏRBƏLƏRİN yeni DALĞASI başladı: Tehran, Qum... – Trampdan ŞOK anons

İsrail ordusu Tehrana genişmiqyaslı hava zərbələri endirməyə başlayıb. "Əl Cəzirə" telekanalı məlumat yayıb. Məlumata görə, İran paytaxtında döyüş təyyarələrinin səsləri və partlayışlar aydın eşidilir.

ABŞ Silahlı Qüvvələrinin İrana qarşı hərbi əməliyyatı yeni mərhələyə keçib və bu mərhələdə əsas məqsəd ölkənin ballistik raket istehsalı imkanlarını məhv etməkdir.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper mətbuat konfransında açıqlama verib.

O bildirib ki, ABŞ prezidenti hərbçilərə İranın ballistik raket istehsalı üzrə sənaye bazasını məhv etmək tapşırığı verib.

“Biz yalnız onların mövcud silahlarını vurmaqla kifayətlənmirik. Eyni zamanda İranın gələcəkdə hərbi gücünü bərpa etmək imkanlarını da məhv edirik”, – deyə Kuper qeyd edib.

ABŞ və İsrail Hərbi Hava Qüvvələri İranın Qum şəhərinin ətrafını bombardman ediblər.

TVMusavat-ın bu gün saat 11:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu Azərbaycanın İrandakı sabiq səfiri, professor Nəsib Nəsibli ilə İranı müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR