İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda 35 milyon insan təhlükə ilə üz-üzə

Son günlər yağan yağışlara baxmayaraq, Tehranın su anbarlarındakı su ehtiyatları narahatlıq doğuracaq dərəcədə aşağı səviyyədə qalmaqdadır.

Musavat.com xəbər verir ki, İran paytaxtının yay mövsümünü başa vura bilməsi üçün hökumət və ictimaiyyətin ciddi əməkdaşlığına ehtiyac yaranacaq.

Tehran Şəhər Şurasının Səhiyyə, Ətraf Mühit və Şəhərsalma Komitəsinin sədri Mehdi Pirhadi mövzu ilə bağlı mühüm açıqlama verib.

O bildirib ki, son yağıntılar paytaxtı su ilə təmin edən su anbarlarında suyun səviyyəsini lazımi həddə çatdıra bilməyib.

Komitə sədri həmçinin qeyd edib ki, hazırda təxminən 35 milyon insanın yaşadığı 10-a yaxın əyalətdə yağıntıların miqdarı çoxillik orta göstəricilərlə müqayisədə hələ də xeyli aşağıdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR