İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda etirazların simvoluna çevrilmişdi! - Fenomen imiş

İranda rejim əleyhinə etirazlar fonunda sosial mediada geniş yayılan və böyük rezonans doğuran görüntülərlə bağlı diqqətçəkən faktlar üzə çıxıb.

Musavat.com xəbər verir ki, Xamneyinin fotosunu yandıran qadın uzun müddət “İranlı qadının rejimə üsyanı” kimi təqdim edilsə də, həmin görüntülərin etiraz aksiyalarında çəkilmədiyi məlum olub.

Araşdırmalar nəticəsində videodakı şəxsin İranda yox, Kanadada yaşayan Morticia Addams adlı sosial şəbəkə istifadəçisi olduğu müəyyən edilib. Beləliklə, etirazların simvoluna çevrildiyi iddia olunan görüntülərin real aksiyalarla əlaqəsinin olmadığı ortaya çıxıb.

Qeyd edək ki, 28 dekabrdan etibarən İranda rejim əleyhinə etirazlar davam edir. Həmin günlərdə Xameneinin fotosunun yandırıldığı görüntülər bir çox media orqanlarında və sosial platformalarda sürətlə yayılaraq etirazların əsas simvollarından biri kimi təqdim olunmuşdu.

Lakin sonradan məlum olub ki, sözügedən video Kanadada çəkilib və görüntülərdəki şəxs etirazçı deyil, sosial mediada aktivliyi ilə tanınan bir fenomendir. Həmin şəxsin paylaşımlarında Fələstinin varlığını inkar edən, müsəlmanlara qarşı yönəlmiş və İsraili dəstəkləyən fikirlərin yer aldığı bildirilir.

İddialara görə, bu görüntülər İrandakı etirazlarla eyni vaxtda planlı şəkildə yayılıb. Eyni foto və videolar müxtəlif ölkələrdəki sosial media hesabları tərəfindən oxşar mesajlarla paylaşılaraq, İrandakı hadisələrin beynəlxalq ictimai rəy qarşısında legitimləşdirilməsinə və mümkün xarici müdaxilələrə zəmin yaradılmasına xidmət edib.

Könül, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR