Onlayn ictimai-siyasi qəzet
İran Ali Milli Təhlükəsizlik Şurası bu gün səhər saatlarında baş verən hadisələrlə bağlı təcili bəyanat yayıb.
Musavat.com xəbər verir ki, açıqlamada ABŞ-nin həyata keçirdiyi hava əməliyyatının “sionist rejimin” dəstəyi ilə İranın müəyyən obyektlərinə qarşı yönəldiyi bildirilib.
Şura vurğulayıb ki, əməliyyat diplomatik danışıqlar fonunda baş verib və qarşı tərəf İran xalqının təzyiq qarşısında geri çəkiləcəyini düşündüyünü iddia edib.
Bəyanata görə, İran Silahlı Qüvvələri artıq cavab əməliyyatına başlayıb və proseslə bağlı ictimaiyyətə mütəmadi məlumat veriləcək.
Əhaliyə mühüm tövsiyələr
Ali Milli Təhlükəsizlik Şurası vətəndaşlara bir sıra vacib çağırışlar edib:
Tehranda və bəzi digər şəhərlərdə əməliyyatların davam edə biləcəyi ehtimal olunur. Vətəndaşlara sakitliyi qorumaq və imkan daxilində daha təhlükəsiz şəhərlərə getmək tövsiyə edilir.
Dövlət ictimai ehtiyacların təmin olunması üçün bütün zəruri resursları səfərbər edib. Ərzaq və təminatla bağlı narahatlığa əsas olmadığı bildirilsə də, ticarət mərkəzlərində toplaşmamaq tövsiyə olunur.
Məktəblər və universitetlər növbəti qərara qədər bağlanır. Banklar fəaliyyətini davam etdirəcək.
Dövlət qurumları müvəqqəti olaraq 50 faiz güclə işləyəcək.
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ