Onlayn ictimai-siyasi qəzet
Məzun olduğunu anasına xəbər vermək istəyən gəncin paylaşımı sosial şəbəkələrdə böyük maraq doğurub.
O, sevincini bölüşmək və məzuniyyət xəbərini anasına çatdırmaq üçün onun məzarını ziyarət edib. Lakin burada gözləmədiyi mənzərə ilə qarşılaşıb. Gəncin ətrafına çoxlu quşun toplaşması diqqət çəkib.
Həmin anları kameraya çəkən gənc paylaşımına duyğusal sözlər də əlavə edib:
"Məzun oldum deyə sürpriz etmək istədim. Yenə məndən əvvəl davrandı, bütün quşları ətrafıma topladı, mələk anam".
Sözügedən görüntülər izləyiciləri kövrəldib. Paylaşımın altına çoxsaylı təsirli rəylər yazılıb./milli.az/
25 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ