Onlayn ictimai-siyasi qəzet
İranda islahatçı düşərgənin tanınmış simalarından biri olan Azər Mənsuri bu gün təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.
Musavat.com xəbər verir ki, onunla birlikdə Xatəmi dövründə xarici işlər nazirinin müavini olmuş Möhsün Əminzadə və sabiq deputat İbrahim Əsgərzadə də saxlanılanlar arasındadır.
Məlumata görə, hər üç şəxs Qərbyönümlü mövqeləri ilə tanınır. Onların SEPAH-a bağlı Bəsic qüvvələri və yeni yaradılmış təhlükəsizlik qurumu SAMA tərəfindən tutulduğu bildirilir. Həbslər ölkə daxilində islahatçı qanada qarşı təzyiqlərin sərtləşdirildiyi bir vaxta təsadüf edir.
KİV-in yaydığı digər məlumata əsasən, ABŞ-nin vitse-prezidenti JD Vensin regiona səfəri və aparılan danışıqlar fonunda Vaşinqtonun İrana mümkün müdaxiləni müvəqqəti olaraq təxirə saldığı qeyd olunur.
Musavat.com
06 Iyun 2026
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ