İnsanlara hürriyət, millətlərə istiqlal!

İrandan Azərbaycana 5 tacik və Səudiyyə Ərəbistanı diplomatları təxliyə edildi


İran ətrafında artan gərginlik fonunda beynəlxalq evakuasiya əməliyyatları davam edir.

Musavat.com xəbər verir ki, son məlumata görə, İrandan Azərbaycana 5 Tacikistan vətəndaşı və Səudiyyə Ərəbistanı diplomatları təxliyə edilib.

Əməliyyat təhlükəsizlik və diplomatik prosedurlar nəzərə alınaraq həyata keçirilib. Azərbaycana gətirilən şəxslərin vəziyyəti stabil qiymətləndirilir, onlar müvafiq konsulluq və diplomatik dəstək xidməti ilə təmin olunurlar.
Bu evakuasiya, regionda gərginliyin artdığı bir dövrdə Azərbaycanın təhlükəsiz tranzit və diplomatik mərkəz kimi rolunu bir daha təsdiqləyir. Azərbaycanın hava məkanı və logistika infrastrukturu belə hallarda beynəlxalq əməkdaşlıq üçün etibarlı koridor kimi istifadə olunur.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR