İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın Ermənistan üçün SENSASİON “B” planı

İranın Ermənistanda fəallaşması artıq yalnız siyasi bəyanatlarla məhdudlaşmır. Tehran bir tərəfdən Zəngəzur dəhlizinə qarşı mövqeyini sərtləşdirir, digər tərəfdən Ermənistanla sərhəddə yükdaşımaları asanlaşdıran “yaşıl dəhliz” mexanizmini işə salır və İrəvana alternativ logistika marşrutları təklif edir.

Zəngəzur dəhlizi ilə bağlı İrəvandan təcili addım | KONKRET

Bu prosesin enerji ölçüsü isə daha ciddi əhəmiyyət daşıyır. Ermənistan qaz təminatında böyük ölçüdə Rusiyadan asılıdır, İranla isə qaz-elektrik barterini həyata keçirir. Rusiyadan qaz tədarükünün dayanması və ya bahalaşması Ermənistanın onsuz da yüksək olan büdcə kəsirinə, inflyasiyaya və sənayeyə əlavə təzyiq yarada bilər.

Beləliklə, İranın qarşısında Ermənistan üçün iki əsas istiqamətdə-logistika və enerji sahəsində alternativlər yaratmaq imkanı açılır. Bu isə Cənubi Qafqazda nəqliyyat və enerji marşrutları uğrunda rəqabətin yeni mərhələyə keçməsi deməkdir.

Azərbaycan üçün əsas sual isə budur: bu proses Zəngəzur dəhlizinin perspektivlərinə və regional iqtisadi balansına necə təsir edəcək?

İqtisadçı Elman Sadıqov deyib ki, İran Ermənistana Zəngəzur dəhlizinə alternativ yollar da təklif edir. Musavat.com xəbər verir ki, iqtisadçı İranın Ermənistanı özündən asılı vəziyyətə salmaq üçün, təkcə dəhliz kartından istifadə etmədiyini vurğulayıb: 

“İranın həm də enerji kartından istifadə etmə ehtimalı artır. Ermənistanın illik qaz istehlakı 2.6-2.7 milyard kub metr civarındadır və bu qazın 80-85%-ni (hazırda 82.4%) Rusiyadan hər min kub metr qaz üçün hazırda 177.5 dollar ödəyərək idxal edir. İdxal etdiyi bu qaza görə təkcə Rusiyaya illik əlavə xərclərlə birlikdə təxminən 500 milyon dollara yaxın vəsait ödəyir. Əgər Rusiya bu qazı satmasa və Ermənistan daha baha qiymətə (məsələn, hər min kub metr 350 dollara) qaz alarsa, bu halda il ərzində qaz üçün ödəyəcəyi məbləğ 1 milyard dollara qədər artar”.

Elman Sadıqov: “Əsas məsələlərdən biri 2026-cı ilə qədər Azərbaycan  manatını sabit saxlamaqdır” - Oxu.az

Onun sözlərinə görə, 2026-cı il üçün Ermənistanın proqnozlaşdırılmış büdcə gəlirləri 8 milyard dollar, xərcləri 9.4 milyard dollardır: “1.4 milyard dollar büdcə kəsiri ÜDM-nin 4.5%-dir ki, bu da qəbul olunan normativdən (3%) 50% çoxdur. Əgər Ermənistan qaz üçün əlavə 400-500 milyon dollar ödəməyə məcbur olarsa o halda büdcə kəsiri ÜDM-nin 8-9%-nə qədər artar ki, bu da qəbul olunmayan həddir.

Hətta 250 dollara qaz alışı belə büdcə kəsirini ÜDM-nin 6%-dən yuxarı həddə çıxarır. Büdcə kəsirindən əlavə, burada ən böyük risk baha qaz qiymətlərinin yaradacağı inflyasiya və istehsala mənfi təsiridir.

Deməli, Ermənistan daha baha qiymətə qaz almaq əvəzinə Rusiya qazı qiymətinə qaz tapmağa və bunun üçün də müxtəlif manevrlər etməklə vaxt udmağa çalışır. Ermənistan qalan 15-20% qazı İrandan özünün istehsal etdiyi elektrik enerjisini barter etmək yolu ilə idxal edir. Ermənistanın illik elektrik elektrik enerjisi istehsalı 10 milyard kVt/saatdır (10,010 GWh). Daxili istehlak ildə təxminən 7,2 milyard kVt/saatdır. İstehsalla istehlak arasındakı fərq ixracata (məhz yuxarıda qeyd etdiyim qaz idxalı qarşılığında İranla elektrik enerjisi barterinə) və şəbəkə itkilərinə gedir”.

Ekspert qeyd edib ki, 2026-cı ilin ilk 6 ayı ərzində Azərbaycanın ixrac etdiyi qazın orta qiyməti hər min kub metr üçün 313 dollar olub: “Biz baza qiymətlərinə yaxın ən baha qazı Avropa ölkələrinə (illər üzrə 370-560 dollar aralığında qiymətlər dəyişir) satırıq. Türkiyəyə satdığımız qazın qiyməti hər min kub metr üçün illər üzrə 147-276 dollar, Gürcüstan üçün isə 113-121 dollar aralığında dəyişir. (hər iki ölkə strateji tərəfdaşlıq və qonşuluq prinsiplərindən əlavə həm də qaz boru xəttimiz üzrə tranzit ölkələr olduqları üçün qiymət fərqləri təbiidir. Qiymətlərdə həm də məsafə amili də rol oynayır).

İran və Ermənistan rəsmilərinin Culfa görüşü ilə bağlı ŞOK AÇIQLAMALAR

Hazırda qaza artan tələb (Almaniyanın qaz anbarlarında doluluq faizi sentyabr ayı üçün rekord səviyyədə aşağı olub-53%. İsti keçən yayda elektrik enerjisi istehlakının artması, Hörmüz boğazı ətrafında baş verənlər ehtiyatların kəskin azalması və anbarların qışa hazırlıq məqsədilə doldurulmaması səbəblərdən biridir) və 2027-ci ilin yanvarın 1-dən etibarən Avropa İttifaqına Rusiyadan qaz idxalının sıfıra endirilməsi qərarı ən azı növbəti 1 il ərzində qaza olacaq yüksək tələb və qiymətdən xəbər verir.

Türkiyə və Gürcüstanın özü qaz alışını azaltmasa, ixrac edilən qazın həmin ölkələrə ixracının azaldılması ehtimalı sıfıra bərabərdir. Avropaya da qaz ixracını azaltmaq həm maliyyə, həm də siyasi-iqtisadi cəhətdən çətindir. Burada bir istisna var ki, Avropa öz payından kəsib Ermənistana satılması istəyini bildirsə, o halda qiymət fərqini kimin ödəyəcəyi (Avropa, yoxsa Ermənistan) açıq qalır. Digər tərəfdən Ermənistana qaz ixracı üçün logistik məsələlər, infrastruktur açıq qalır. Qaz borusu Gürcüstan və Türkiyədən keçdiyi üçün həm qiymətlərdə, həm də çatdırılmada problem yoxdur. Deməli, Ermənistana qaz əvəzinə elektrik enerjisi ixracımız gündəmə gəlir”.

İqtisadçı bildirib ki, İran hazırda Ermənistanda məhz iki istiqamətdə - logistika və enerji bazarlarında möhkəmlənmək istəyir: “Məsələ niyə bu qədər aktual və əhəmiyyətlidir? Çünki müharibədə uduzmuş Paşinyan 2 dəfə məhz güclənən iqtisadiyyat və daha da güclənəcək iqtisadiyyat, Avropayönümlü siyasət vədləri ilə seçkilərdə qalib gəldi. İqtisadi təlatüm isə revanşistlərin yenidən təşəbbüsü ələ almaq cəhdləri, sülh müqaviləsinin, Zəngəzur dəhlizinin daha da ləngiməsi və s. risklər deməkdir”.

Nigar Həsənli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR