Onlayn ictimai-siyasi qəzet
ABŞ HHQ-ləri İranın cənub-şərqində, Pakistan və Əfqanıstanla sərhəddə yerləşən İransəhr şəhərinin hava limanına aviazərbələr endirib.
Musavat.com xəbər verir ki, strateji əhəmiyyətə malik bu regionda yerləşən hava limanının vurulması İranın hərbi logistikasına vurulan növbəti ağır zərbə kimi qiymətləndirilir. Məlumata görə, hücum nəticəsində aeroportun infrastrukturuna ciddi ziyan dəyib və yanğınsöndürmə xidmətinin bir əməkdaşı həlak olub.
Qeyd edək ki, son günlər İranın Bəndər-Abbas, Əhvaz, Kiş və bir sıra digər şəhərlərindəki mühüm hərbi və mülki obyektlərə edilən silsilə hava hücumları bölgədəki vəziyyəti kritik həddə çatdırıb.
İransəhr aeroportu, xüsusilə sərhədyanı bölgələrdəki hərbi nəzarət və təchizat üçün əsas mərkəzlərdən biri hesab olunurdu.
Musavat.com
17 Iyul 2026
16 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ