İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanda siyasi sarsıntı: “suverenlik təhlükədədir” xəbərdarlığı

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresi qarşıdan gələn parlament seçkilərində iştirak edəcəyini açıqlayıb.

Musavat.com xəbər verir ki, partiya artıq baş nazir postuna namizədini də müəyyənləşdirib. Bu vəzifəyə partiya sədrinin müavini Levon Zurabyan namizəd göstərilib.

2026-cı ilin iyun ayına təyin olunmuş parlament seçkiləri “Erməni Milli Konqresi” tərəfindən ölkənin taleyi baxımından həlledici kimi qiymətləndirilir. Partiya nümayəndələrinin fikrincə, bu seçkilər Ermənistanın gələcək siyasi kursunu müəyyən edəcək.

Partiyanın tanınmış üzvlərindən biri Aram Manukyan bildirib ki, hazırda Ermənistan suverenliyini itirmə təhlükəsi ilə üz-üzədir. Onun sözlərinə görə, mövcud vəziyyət ölkə üçün ciddi risklər yaradır və seçkilər bu təhlükələrin qarşısının alınmasında əsas rol oynaya bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR