Onlayn ictimai-siyasi qəzet
"Güclü Ermənistan" partiyasının tərəfdarı digər şəxslərlə birgə, qanunvericiliyin qadağan etməsinə baxmayaraq, ölkənin müxtəlif vilayətlərinin sakinlərinə ev heyvanları və quşlar paylayıb.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.
Qurumun yaydığı rəsmi məlumatda bu aksiyanın birbaşa seçki prosesinə təsir məqsədi daşıdığı vurğulanır.
"Eyni zamanda, sözügedən kömək göstərilməzdən əvvəl ailələrin yetkinlik yaşına çatmış üzvlərinin məlumatları dəqiqləşdirilib. Yardım layihəsinin həyata keçirilməsi faktiki olaraq bu ailələrdə potensial seçicilərin olması şərtinə bağlanıb və məqsəd onların səsvermə zamanı siyasi davranışa təsir göstərmək olub", - deyə komitənin bəyanatında bildirilir.
Hazırda faktla bağlı araşdırmalar və hüquqi prosedurlar davam etdirilir.
Musavat.com
05 Iyul 2026
04 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ