İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail Hizbullah-a zərbələri dayandırmayacaq - Ordu

İsrail ordusu Livan boyunca Hizbullah-ın hədəflərinə hücumları davam etdirəcək.

Musavat.com xəbər verir ki, bunu İsrail Ordusunun sözçüsü briqada generalı Efi Defrin deyib. Qısa video açıqlamasında o, İranın İsrailin şimalına raket hücumunu şərh edib. Tehran iddia edir ki, bu hücum Hizbullah-ın yerləşdiyi Beyrutun cənub ətrafı olan Dahiyeyə İsrailin hücumuna cavab olaraq həyata keçirilib.

Defrin bildirib: "Biz Dahiyeyə Hizbullah-ın İsrailin şimal şəhərlərini aramsız atəşə tutması səbəbindən hücum etdik. İsrail Müdafiə Qüvvələri Livan boyunca fəaliyyətini davam etdirəcək və Hizbullah-a daha çox zərər vuracaq - İsrail mülki əhalisinin atəşə tutulmasına icazə verməyəcəyik".

O, İranın raket hücumunu "ciddi səhv" adlandırıb. Hərbi sözçünün sözlərinə görə, İsrail Müdafiə Qüvvələri belə bir ssenariyə hazır idi: "İsrail Müdafiə Qüvvələri müdafiə və hücum əməliyyatlarına hazırdır. Hava hücumundan müdafiə sistemləri ölkə daxilində yerləşdirilib".

Musavat.com

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR