İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrailin milli təhlükəsizlik nazirinin Xevrondakı evinin yaxınlığına dron düşdü

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Gvirin Xevronda yerləşən evinin yaxınlığında pilotsuz uçuş aparatı düşüb.

Musavat.com xəbər verir ki, İsrail televiziyasının 12-ci kanalının məlumatına görə, hadisə ilə əlaqədar olaraq bütün lazımi araşdırmalar aparılır və insidentin təfərrüatları müəyyənləşdirilir.

Nazirliyin mətbuat xidmətindən verilən açıqlamada təhlükəsizlik xidmətlərinin Ben-Gviri məlumatlandırdığı bildirilib. Qeyd olunub ki, hadisə zamanı nazir və onun ailəsi xəsarət almayıb, onların vəziyyəti yaxşıdır, araşdırmalar isə davam edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR