İnsanlara hürriyət, millətlərə istiqlal!

İsveçrənin baş naziri rüsumlara görə Vaşinqtona getdi

İsveçrənin İqtisadiyyat naziri Guy Parmelin və İqtisadi İşlər üzrə Dövlət Katibliyinin (SECO) direktoru Helena Budliger Artieda ticarət danışıqları və tarif sazişi üçün Vaşinqtona səfər edib.

Musavat.com Bloomberg-ə istinadən xəbər verir ki, İsveçrə rəsmiləri səfər zamanı ABŞ-a idxal edilən İsveçrə istehsalı olan mallara tarifləri 39 faizdən 15 faizə endirmək üçün razılığa gəlməyə ümid edirlər.

Daha əvvəl Tribune de Genève qəzeti lüks Rolex və Cartier brendlərinə sahib olan şirkətlərin rəhbərləri də daxil olmaqla altı İsveçrə milyarderinin İsveçrə mallarına tarif endirimlərinə nail olmaq ümidi ilə Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşdüyünə dair məlumat yayıb. Görüşdə birbaşa danışıqlar aparılmadığı və İsveçrə hökumətinin nümayəndələrinin iştirak etmədiyi iddia edilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Avqust 2026

29 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR