İnsanlara hürriyət, millətlərə istiqlal!

Kallasdan ABŞ-ın hazırladığı planla bağlı AÇIQLAMA

Estoniyanın baş naziri Kaya Kallas ABŞ-ın hazırladığı mümkün sülh planı ilə bağlı kəskin açıqlama verib.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, istənilən razılaşmanın işlək olması üçün həm Ukraynanın, həm də Avropanın dəstəyi zəruridir:

“Hər hansı razılaşmanın uğurlu olması üçün ukraynalıların və avropalıların dəstəyi vacibdir. Aydındır ki, istənilən planın işləməsi üçün onlar onun arxasında dayanmalıdır”, – deyə Kallas bildirib.

Baş nazir Rusiyanın davranışına dair mövqeyini də açıq şəkildə ifadə edib:

“Bu münaqişədə bir aqressor və bir qurban var. Rusiyanın geri çəkilməyə hazır olduğuna dair heç bir əlamət yoxdur”.

“Əgər Rusiya həqiqətən sülh istəyirdisə, çoxdan şərtsiz atəşkəsə razılıq verərdi. Amma bu gecə də mülki əhali bombalanır”.

Kallas həmçinin bəyan edib ki, Avropa İttifaqı ABŞ-ın hazırladığı mümkün plana cəlb edilməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR