İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremlin “boz zona” PLANI - Rusiya Avropada gizli şəbəkə QURUR

Rusiya ilə əlaqəli şəxslərin Avropada strateji obyektlərin yaxınlığında daşınmaz əmlak əldə etməsi Qərb kəşfiyyat qurumlarında ciddi narahatlıq doğurub.

Musavat.com xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti Avropa kəşfiyyat agentliklərinə istinadən məlumat yayıb.

Məlumata görə, Moskva ilə əlaqəli şəxslər Qərbə qarşı aparılan “hibrid müharibə” strategiyasının tərkib hissəsi kimi kənd evləri, bağ evləri, anbarlar, tərk edilmiş məktəblər, şəhər mənzilləri və hətta bütöv adalar alırlar.

Bildirilir ki, bu satınalmaların əsas məqsədi müşahidə aparmaq, təxribat hazırlamaq və gizli əməliyyatlar üçün əlverişli məkanlar formalaşdırmaqdır.

Qeyd olunur ki, əldə edilən əmlaklar azı 12 Avropa ölkəsində hava bazaları, dəniz limanları, sualtı kabel xətləri və enerji infrastrukturu da daxil olmaqla mühüm hərbi və mülki obyektlərin yaxınlığında yerləşir.

Kəşfiyyat rəsmilərinin fikrincə, Kreml ənənəvi hərbi hücum əvəzinə nəqliyyat, rabitə və enerji şəbəkələrini iflic etməyə yönəlmiş, məsuliyyətini inkar etməyin mümkün olduğu genişmiqyaslı əməliyyatlara üstünlük verə bilər. Məqsəd isə NATO-nun “boz zona” ssenarilərində qətiyyətini sınamaq və kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddənin tətbiqini çətinləşdirməkdir.

İqbal RZAYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR