Onlayn ictimai-siyasi qəzet
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi nümayəndəsi Küveyt beynəlxalq hava limanının sərnişin terminalındakı dağıntıların səbəbini açıqlayıb.
Musavat.com xəbər verir ki, qurum rəsmisi hadisənin ABŞ-yə məxsus "Patriot" hava hücumundan müdafiə (HHM) sistemlərinin xətası ucbatından baş verdiyini iddia edib.
Onun sözlərinə görə, aparılan araşdırmalar SEPAH-ın Aerokosmik Qüvvələrinin sözügedən obyektə hər hansı zərbə endirmədiyini ortaya qoyub.
Rəsmi bəyanatda vurğulanır ki, İran raketlərinin qarşısını almaq üçün edilən uğursuz cəhddən sonra ABŞ-nin "Patriot" raketlərindən biri trayektoriyadan yayınaraq birbaşa hava limanının sərnişin terminalına çırpılıb.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ