İnsanlara hürriyət, millətlərə istiqlal!

Levon Ter-Petrosyan yenidən sədr SEÇİLDİ

Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan yenidən Ermənistan Milli Konqresinin sədri seçilib.

Musavat.com "Sputnik"ə istinadən xəbər verir ki, müvafiq qərar 14 dekabrda keçirilən IV Partiya Qurultayından sonra qəbul edilib.

Qurultay nümayəndələri Ter-Petrosyanın siyasi qüvvənin lideri kimi qalmasını dəstəkləyərək, onun EMK-nın sədri kimi səlahiyyətlərini təsdiqləyiblər.

Qeyd edək ki, Ermənistan Milli Konqresi 2008-ci ildə Levon Ter-Petrosyanın rəhbərliyi altında 13 müxalifət partiyasının bloku kimi yaradılıb, 2013-cü ildə isə vahid partiyaya çevrilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR